WHITE BOX – tikintidə yeni dərəcə.

Mənzili seçərkən əldə etdiyiniz üstünlüklər göz qabağındadır:
- Sizə əlverişli mənzil layihəsi və artıq hazır qaldırılmış arakəsmələrlə təqdim olunur.
- Siz qaralama təmiri mərhələsində yaranan səs-küy və çirkdən xilas olacaqsınız. Bu işlər sizin üçün (və qonşularınız üçün) aylarla və həmçinin illərlə uzanmayacaq: girişlər və liftlər çirklənməyəcəklər.
- İşlər tikinti şirkətin təyin edilmiş yüksək ixtisaslı podratçı təşkilatlar tərəfindən həyata keçiriləcək.
- Tikinti şirkəti materialların və işin keyfiyyətinə görə məsuliyyət daşıyır.
- Tikinti şirkəti mal-materialları tələb olunan miqdarlarda istehsalat zavodundan topdan satış qiymətinə satın alır;
- Çox həcmli işin hesabina görə işçilik daha münasib qiymətə başa gəlir;
- Öz yaşayış sahənizi tərzinizə uyğunlaşdırmaq seçimi sizin əlinizdədir;
- İşlərin qiyməti mənzillərin alınan məqamdan və müqavilə imzalandığı andan müəyyən edilir. Beləliklə, materialların qiymətində artma baş verdikdə təmir işlərinin qiyməti binanın təhvil vermə zamanınadək dəyişilməz olaraq qalacaq;
- Tikinti şirkəti binanın təhvil verilməsinə və açarların əldə etməyini gözləmədən üzləmə işlərinə başlayır.
WHITE BOX sadə təklifinə daxildir:
- Fərdi layihə üzrə arakəsmələrin quraşdırılması;
- Divarların və tavanın boyama işləri üçün hazırlıq işləri;
- Döşəmənin hamarlanması;
- Sanitar qovşağının hidroizolyasiyası və döşəmənin hamarlama işləri;
- Soyuq-isti su təchizatı üçün borularının çəkilməsi, kanalizasiya və istilik sistemi;İstilik sistemi üçün radiatorların quraşdırılması;
- Kombi istilik sisteminin quraşdırılması;
- Elektrik naqillərin çəkilməsi;Sanitar qovşağın, mətbəx və dəhliz döşəmələrin döşənməsi;
- Keramik daşların sanitar qovşağında döşənməsi;
- Keramik önlüyün mətbəxdə döşənməsi;
- Yanğın siqnalizasiya sisteminin montaj işləri;
- Aşağı tezlikli naqillərin çəkilməsi.
Təmir xərcləri yerinə yetirilən işin miqdarına görə dəyişir.

