Layihə haqqında
İllər keçir, əsrlər ötür… Bakı boy atır, inkişaf edir, öz memari simasını dəyişir. Lakin həmişə, hər dövr üçün bir şey var ki, dəyişməz qalır: şəhər mərkəzində yaşamağın prestiji.
Yeni 12-mərtəbəli PARK BAYIL premium yaşayış kompleksi şəhərimizin misilsiz xüsusiyyəti olan qismində ucaldılır: İçərişəhərdən cəmi 1 kilometr uzaqlıqda yerləşdiyinə və şəhər mərkəzinin ayrılmaz hissəsi olmasına baxmayaraq, Bayıl meqapolis səs-küyünün çata bilmədiyi sakit bir məkandır.
PARK BAYIL kompleksinin yaşayış məhəlləsinin daxilində yer alması sizi şəhər gurultusundan xilas edir, səs-küydən uzaq köhnə Bakının yaşıl döngələrindən aram-aram həzz almağınıza kömək edir. Sahildən əsən sərin və şəfalı dəniz havası burada şəhərkənarı istirahət yeri təəssüratını yaradır. PARK BAYIL yaşayış kompleksinin, demək olar ki, bütün mərtəbələrindən Bakı buxtasının könülalan dəniz panoraması, eləcə də Bayıl parkı, Dağüstü park və “Alov Qüllələrinin” fövqəladə gözəl mənzərələri açılır.
Yeni 12-mərtəbəli PARK BAYIL yaşayış kompleksi tarixi ab-havanı, rahatlıq dolu yaşayış şəraitini və müasir mühəndis-memari həllərin tətbiqini özündə misilsiz surətdə birləşdirir.
Bizim üstünlüklərimiz:
Mənə Zəng Edin
Cavabımız
çox çəkməz
Məktub yazmaq
Cavabımız
çox çəkməz
Təşəkkür edirik!
Mesajınız uğurla göndərildi.