+994 50 +994 12 491 22 26

Yerləşmə

PARK BAYIL məşhur Bakı Dənizkənarı parkının yeni hissəsinin və Dövlət Bayrağı meydanının düz qarşısında ucaldılır. Kompleksin pəncərələrindən şahanə Xəzər mənzərəsi və gözəl urbanistik panoramalar açılır.

Yaşayış kompleksinin şəhərin mərkəzi nöqtəsinə bu qədər yaxın olması buradakı inkişafetmiş infrastruktura sayəsində həyatınıza böyük rahatlıq gətirəcək. Bakı sakinlərinin ən sevilən istirahət yeri Dənizkənarı bulvaradək məsafə iki dəqiqəlik piyada yolu qədərdir, şəhərin qocaman parklarından biri Bayıl parkı isə kompleksin düz qapısında yerləşir.

 PARK BAYIL əsas şəhər maqistrallarına nisbətən olduqca əlverişli məkanda ucaldılır. Burada hər hansı nəqliyyat çətinliyi ilə üzləşmək ehtimalı yoxdur. Cənub, Qərb və Şimal istiqamətlərinə aparan sürətli magistral yolları döngənizdən əsas küçəyə çıxan kimi başlayır. Bakıdan Heydər Əliyev adına Beynəlxalq Hava limanına, eləcə də Abşeron bağlarına gedən başqa yollarda sıxlıq olanda belə buradan həmin nöqtələrə ən qısa vaxtda, ən rahat şəkildə çatmaq mümkündür, çünki Bayıldan həmin istiqamətlərə geniş və düz yol aparır.

PARK BAYIL kompleksində yaşamağın xüsusi üstünlüyü isə ondan ibarətdir ki, bütün vacib obyektlər, o cümlədən, dövlət və özəl uşaq bağçaları, orta təhsil ocaqları, tibbi mərkəzlər, bir çox maliyyə qurumlarının filialları, doğum evi, idman sarayı, fitnes-klublar, eləcə də hər zövqə uyğun kafe və restoranlar buradan, demək olar, iki addımlıq məsafədə yerləşir.